PSJ-nin idman direktoru istefa verdi

PSJ-nin idman direktoru istefa verdi
XƏBƏR 10 İyul 2013 / 16:25 2099
-  A +

Fransanın PSJ klubunun idman direktoru Leonardo istefa verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kluba istefa ərizəsini təqdim edən Loenardonun verdiyi qərar rəhbərlik tərəfindən qəbul edilib.

İdman direktoru yay transfer pəncərəsinin sonunda komandadan rəsmən ayrılacaq.

Qeyd edək ki, Leonardo mayın 5-də "Valansyen"lə matçdan sonra hakimə qarşı kobud davranışlar etdiyi üçün Fransa Futbol Federasiyası (FFF) təfərindən 9 aylıq cəzalandırılmışdır. Bu cəzaya etiraz edərək apellyasiya məhkəməsinə müraciət edən idman direktorunun cəzası azaldılmaq əvəzinə 4 il daha uzadılmışdı.

 


Son xəbərlər
topaz banner