"Rəvan" qapıçısı ilə müqavilə yenilədi

"Rəvan" qapıçısı ilə müqavilə yenilədi
XƏBƏR 10 İyul 2013 / 16:12 1685
-  A +

Yeni mövsümə hazırlığı davam etdirən "Rəvan” heyəti gücləndirmək yolunda fəaliyyətini davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu dəfə heyətə yeni oyunçu qatmasa da, əsas oyunçulardan biri olan Lukaş Sapela ilə müqavilənin müddətini uzadıb.

30 yaşlı qolkiper növbəti mövsümün sonuna kimi "aslan” olacaq.

Qeyd edək ki, daha öncə Şəhriyar Rəhimovla başa çatan müqavilə yenilənmiş, futbolçu ilə 2 illik razılıq əldə olunmuşdu. Bundan başqa, "Rəvan” bu yay artıq 5 transferi rəsmiləşdirib. Bunlar Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov, Bəxtiyar Soltanov və Novruz Məmmədovdur.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner