Məşhur futbolçunun atası həbs olundu

Məşhur futbolçunun atası həbs olundu
XƏBƏR 10 İyul 2013 / 15:33 2655
-  A +

Çelsi"nin futbolçusu Con Terrinin atası Ted Terri həbs olunub.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, buna oyunçunun atasının bir davada irqçi şüarlar səsləndirməsi səbəb olub.

Qeyd edək ki, bu, Terrinin ailəsində baş verən ilk belə hadisə deyil. Belə ki, 2009-cu ildə futbolçunun anası və qaynanası bir geyim mağazasında oğurluq edərkən tutulmuşdu. Terri isə "Çelsi"nin "Kvins Park Reyncers"lə oynadığı matçda rəqibin oyunçusu Anton Ferdinanda qarşı irqçi şüarlar səsləndirdiyi üçün cərimələnmişdi.


Son xəbərlər
topaz banner