"Malaqa"nın futbolçusu "Atletiko"nun hədəfində

"Malaqa"nın futbolçusu "Atletiko"nun hədəfində
XƏBƏR 10 İyul 2013 / 14:47 2444
-  A +

Ötən mövsüm həm La Liqada, həm də Çempionlar Liqasında yaxşı oyunu ilə diqqət mərkəzinə düşən "Malaqa"nın futolçusu Martin Demiçelis yeni mövsümdən "Land of fire Azerbaijan" forması geyə bilər.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, "Atletiko" klubu artıq argentinalı oyunçunun transferini bitirmək üzrədir. 

Bu transferin baş tutacağı təqdirdə Madrid klubu Demiçelisə 1 milyon yarım avro ödəyəcək.

Xatırladaq ki, "Malaqa"nın yeni baş baş məşqçisi Bernd Şuster 32 yaşlı oyunçu ilə müqaviləni yeniləməyəcəklərini bildirmişdi.

Əlavə edək ki, Demiçelislə Türkiyənin "Antalyaspor" klubu da maraqlanır.


Son xəbərlər
topaz banner