"Borussiya"nın sabiq hücumçusu "Spartak"da

"Borussiya"nın sabiq hücumçusu "Spartak"da
XƏBƏR 10 İyul 2013 / 14:32 2865
-  A +

"Borussiya" (Dortmund) klubunun sabiq hücumçusu Lukas Barrios karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, paraqvaylı futbolçu ilə Moskva "Spartak"ı yaxından maraqlanır.

Rusiya klubu 28 yaşlı futbolçu ilə danışıqlara başlayıb və tərəflər arasında ilkin razılaşma əldə olunub. Çinin "Quançjou" klubunda çıxış edən Barrios illik məvacibini tam ala bilmədiyindən komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, Barrios "Borussiya"nın heyətində 2010/2011 mövsümündə Avropa Liqasının play-off mərhələsinin "Qarabağ"la oyunların hər ikisində fərqlənmişdi. Dortmunda dubl edən futbolçu Bakıda vurduğu yeganə qolla komandasına qələbə qazandırmışdı.


Son xəbərlər
topaz banner