Aryen Robben: “Avropada ilin futbolçusu” olmayacağam”

Aryen Robben: “Avropada ilin futbolçusu” olmayacağam”
XƏBƏR 10 İyul 2013 / 13:45 1873
-  A +

“Bavariya”nın oyunçus Aryen Robben "Avropada ilin futbolçusu" mükafatına namizəd olmasına münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, UEFA-nın elan etdiyi siyahıda bu ilin on ən yaxşı oyunçusu arasında yer alan 29 yaşlı yarımmüdafiəçi özünü ən yaxşı futbolçu adını qazanmağa namizəd arasında görmədiyini deyib.

Robben bildirib ki, bu mükafatı daha çox az kubok qazanan klubların oyunçuları qazanır: "Ancaq biz bir futbolçudan asılı klub deyilik. Heyətimizdə Lionel Messi, Kriştiano Ronaldo kimi oyunçular olmasa da, komanda olaraq güclüyük. “Bavariya”dakı hər bir futbolçu səviyyə baxımdam bir-birinə çox yaxındır. Bizim üçün bu cür xususi mükafatlar önəmli deyil. Özümü bu mükafatı qazanmağa namizədlər arasında görmürəm".

Qeyd edək ki, bu ilin ən yaxşı oyunçusu adına namizədlər arasında “Bavariya”dan Robbendən başqa, üç futbolçu da var. Bunlar Bastian Şvaynştayger, Tomas Müller və Frank Riberidir.


Son xəbərlər
topaz banner