Loran Blanın PSJ-də debütü uğursuz alındı

Loran Blanın PSJ-də debütü uğursuz alındı
XƏBƏR 10 İyul 2013 / 11:49 1764
-  A +

PSJ-nin yeni baş məşqçisi Loran Blan Fransa klubu ilə debüt matçında uğursuzluqla üzləşib.

Qol.Az-ın məlumatına görə, Paris təmsilçisi ilk hazırlıq matçında Avstriyanın "Ştrum Qraz" klubu ilə qarşılaşıb.
 
Sözügedən matçda L.Blanın komandası 1:3 hesabı ilə məğlub olub. Fransız təmsilçisindən həmin oyunda Zlatan İbrahimoviç, Marko Veratti və Xavyer Pastore forma geyinməyib.

Qeyd edək ki, PSJ yeni mövsümə hazırlıq öncəsi növbəti yoldaşlıq oyununu cümə günü "Rapid"ə qarşı keçirəcək.

 


Son xəbərlər
topaz banner