David Vilya "Atletiko"nu seçməsinin səbəbini açıqladı

David Vilya "Atletiko"nu seçməsinin səbəbini açıqladı
XƏBƏR 10 İyul 2013 / 11:24 2342
-  A +

"Atletiko" (Madrid) klubunun son transferi David Vilya yeni komandasında ilk açıqlamasını verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan oyunçu Madrid klubunda forma geyinəcəyi üçün çox həyəcanlı olduğunu bildirib:

"Burada olmaqdan xoşbəxtəm. "Atletiko"da əlimdən gələnin ən yaxşısını etmək üçün hazıram".

D.Vilya "Atletiko"nu seçməsinin ən böyük səbəbi kimi klubun baş məşqçisi Dieqo Simeoneni göstərib: "O, mənə çox güvənir. Bu, isə mənim Madrid klubuna gəlməyim üçün ən böyük səbəb oldu. Onun istədikləri hər şeyi etməyə çalışacam".

Klubdakı hədəflərindən danışan hücumçu bildirib ki, hazırda əsas məqsədi komandada ilk on birlikdə yer almaqdır: "Atletiko" qələbəyə oynayan bir klubdur. Mən də onlara yeni uğurlar qazandırmağa gəlmişəm".


Son xəbərlər
topaz banner