Falkao: "Monako"ya gəlməyim səhv deyil"

Falkao: "Monako"ya gəlməyim səhv deyil"
XƏBƏR 10 İyul 2013 / 11:13 1937
-  A +

"Monako"nun yeni transferlərindən olan Radamel Falkao transferi ilə bağlı açıqlamalar verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, kolumbiyalı hücumçu Monako təmsilçisinə gəlməsinin səhv addım olmadığını deyib:

"Bir çox insan bu transferi səhv olaraq görür. Amma onlar biz çempion olmağa başladığımız zaman bu fikirlərindən əl çəkəcəklər".

Yeni mövsümdəki hədəfləri haqqında da danışan 27 yaşlı futbolçu bildirib ki, oynayacaqları bütün turnirlərdə kubok qazanmaq istəyirlər: "Monako" kimi bir kluba gəlməyi hər kəs istəyər. Burada böyük uğurlar əldə edəcəyimə inanıram. Buna görə də bura gəlmişəm".

Qeyd edək ki, Falkao "Atletiko"dan "Monako"ya 60 milyon avroya transfer olunub.


Son xəbərlər
topaz banner