"Qarabağ"ın rəqibi Bakıya gəldi

"Qarabağ"ın rəqibi Bakıya gəldi
XƏBƏR 10 İyul 2013 / 10:57 1827
-  A +

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq "Metallurq" klubu artıq Bakıdadır.

Qol.Az-ın məlumatına görə, Makedoniya klubu Skopye-İstanbul-Bakı reysi ilə paytaxtımıza təşrif buyurub.

Skopye təmsilçisi bu axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Metallurq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Makedoniyada baş tutan ilk görüşdə 1:0 hesabı qeydə alınmışdı.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner