Ruslan Abışov oynadı, komandası uduzdu

Ruslan Abışov oynadı, komandası uduzdu
XƏBƏR 11 İyul 2013 / 00:01 2574
-  A +

Avstriyada təlim-məşq toplanışında olan Rusiyanın "Rubin" (Kazan) klubu bu gün növbəti yoxlama matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Kazan təmsilçisi Ukraynanın "Metallist" (Xarkov) klubu ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. Villianın görüşün 84-cü dəqiqəsində vurduğu qol Ukrayna klubuna qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, millimizin üzvü Ruslan Abışov bu görüşün ikinci hissəsində meydana çıxıb. Həmyerlimiz 44 dəqiqə meydanda olub. 


Son xəbərlər
topaz banner