Fevralın 12-si Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına daxil edilən idman növlərinin siyahısını açıqlayıb. Siyahıda güləş idman növü yoxdur. Komitə rəsmiləri qərarlarını bununla əsaslandırıb ki, Olimpiadaya yeni idman növləri daxil etmək üçün belə bir addım atmaq məcburiyyətində qalıblar. Amma bu barədə son qərar may ayında veriləcək.
May ayında son qərara bir dəyişiklik edilməsə, Azərbaycanda tarixi idman növü hesab edilən güləş Olimpiada medallarından məhrum ola bilər. Bəs görəsən Güləş idman növü Olimpiadadan çıxarılsa bu ölkə idmanı üçün hansı nəticələr verə bilər?
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Modern.az-a açıqlamasında bildirib ki, bütövlükdə Olimpiya oyunlarını güləşsiz təsəvvür etmək mümkün deyil. AGF-nin vitse-prezidentinin sözlərinə görə, əgər bu qərar qəbul olunarsa, bu, Azərbaycan idmanına və xüsusilə Azərbaycan güləşinə böyük itkilərə səbəb olacaq.
“Təbii ki, son söz Beynəlxalq Olimpiya Komitəsinindir ki, bu qərarı qəbul edəcək ya yox. Əgər bu baş versə, qeyri-olimpiya idman növlərindən biri oraya salınacaq. Bu onun mənfi tərəfidir. Beynəlxalq Güləş Federasiyası Avropa, dünya çempionatlarını və digər beynəlxalq turnirləri keçirəcək. Amma Olimpiya statusu olmayandan sonra bu idman növünə nəyinki Azərbaycanda, eləcə də bütün dünyada maraq azalacaq. İnanmıram ki, Beynəlxalq Güləş Federasiyasının prezidenti və rəhbərliyi imkan verələr ki, güləşin 3 növünün hamısı olimpiya oyunlarının proqramından kənarlaşdırılsın”.
E. Cəfərov ilkin qərarı düzgün hesab etmir. “Keçən il keçirilən London Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının qazandığı hər iki qızıl medal güləş idman növünün payına düşür. Bundan başqa, komanda üzrə qazanılan ümumi 10 medaldan 8-i güləş hesabına olub. Bu baxımdan qəbul olunmuş qərar Azərbaycan üçün heç də ürəkaçan olmayacaq”.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato