Böyükağa Hacıyev: "Futbolçulardan bundan artığını tələb etmək olmaz"

Böyükağa Hacıyev: "Futbolçulardan bundan artığını tələb etmək olmaz"
VİDEO 20 Yanvar 2013 / 01:15 3241
-  A +

"Təlim-məşq toplanışında ilk oyunumuzu Rusiyanın “Rotor” komandasına qarşı keçirdik. Belə desək, oyun pis təsir bağışlamadı, bir həftəlik hazırlıq fonunda futbolçuların funksional hazırlığı göz qabağında idi. İndiki halda bundan artığını da tələb etmək olmaz".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Rotor"la keçirilən yoxlama oyunundan sonra deyib.

Klubun rəsmi saytına danışan B.Hacıyev komandasının hazırlıq səviyyəsindən razı qaldığını bildirib: "Oyunun başa çatmasına 25 dəqiqə qalmış Bahodir Nasimovu meydana buraxdıq və o da ənənəsini pozmayaraq bizə lazım olan qolu vurdu. Vobayın da gözəl ötürməsini qeyd etmək lazımdır. Ümumiyyətlə komandanın hazırlığından razıyam. Məşqlərimiz davam edir. Sabahdan etibarən komanda gündə 3 dəfə məşq edəcək. Fikirləşirəm ki, hazırlıq mərhələsinin sonuna kimi komandanı tam hazırlaya biləcəyik".


Daha çox


Son xəbərlər