Flavinyo: "Uğurun davamını Çempionlar Liqasında gətirmək istəyirik"

Flavinyo: "Uğurun davamını Çempionlar Liqasında gətirmək istəyirik"
VİDEO 18 Yanvar 2013 / 12:40 2767
-  A +

“Belə hazırlıqlar hər zaman çətin olur. Komandanın hər bir üzvü, 20-25 günlük hazırlıq mərhələsində əlindən gələnin ən yaxşısını etməyə çalışır. Keçirəcəyimiz yoxlama oyunlarından sonra daha yaxşı səviyyəyə gələcəyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun yarımmüdafiəçisi Flavinyo deyib.
 
Klubun rəsmi saytına danışan Flavinyo məqsədlərinin ardıcıl üçüncü çempionluq olduğunu bildirib: "Bu qarşılaşmalar tam bərpa olunmağımız baxımından əhəmiyyətlidir, nəticə isə komandanın qələbə əhval-ruhiyyəsini yaxşılaşdırmaq sarıdan önəmlidir. Məqsədimiz 3-cü dəfə ölkə çempionu olmaqdır. Avropa Liqasındakı uğurumuzun davamını Çempionlar Liqasında gətirmək istəyirik”.



Daha çox


Son xəbərlər