“Ümid edirəm, “İnter” bizdən narazı qalmayacaq”

“Ümid edirəm, “İnter” bizdən narazı qalmayacaq”
ÖLKƏ FUTBOLU 3 Oktyabr 2012 / 14:21 2680
-  A +

Sabah Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” - “İnter” matçı öncəsi adıçəkilən arenanın direktoru Akif İsmayılov Qol.Az-a müsahibə verib.

- Oyun öncəsi stadionun son durumu necədir?

- Son durum lap əladır. Arenanı oyuna hazır vəziyyətə gətirmək üçün əlimizdən gələni edirik və bu dəqiqə də iş davam edir. Qazonun vəziyyəti, soyunub-geyinmə otaqlarının durumu, tablo, işıqlandırma sistemi hamısı əla vəziyyətdədir. “Neftçi” artıq dünən stadionumuzda məşq edib və hər şeydən razı qaldıqlarını deyiblər. Yəni, mən onların sözünü sizə deyirəm. Ümid edirəm ki, sabahkı qarşılaşmanı yüksək səviyyədə yola verəcəyik.

- Bilet satışı ilə bağlı son durum necədir?

- Açığı bu haqda bilgi “Neftçi” klubunda olmalıdır, amma məndə olan son məlumata görə, artıq 25 minə yaxın bilet satılıb.

- Stadionda təhlükəsizliyin təmini ilə bağlı hər hansı bir problem ortaya çıxmayacaq ki?

- Xeyr. Çünki bizdə polislər işlərinin öhdəsindən yaxşı gəlirlər və hələ ki, heç bir beynəlxalq oyunda hansısa ciddi qalmaqalla üzləşməmişik.

- İtaliyadan bu oyunu işıqlandırmaq üçün nə qədər jurnalist Bakıya gələcək?

- Bu haqda daha dəqiq informasiya “Neftçi” klubunda olmalıdır. Onlar hələ ki, bu haqda bizə bir söz deməyiblər. Ancaq istənilən halda stadionumuzda jurnalistlərin sərbəst, maneəsiz fəaliyyəti üçün bütün şərait var.

- “İnter” nümayəndələri stadion haqda nə düşünürlər?

- “İnter” nümayəndələri hələ 10 gün bundan qabaq stadionumuzda oldular və buradakı şəraitdən razı qalıblar. Bugün axşam isə məşqə çıxacaqlar. Ümid edirəm ki, bizdən narazı qalmayacaqlar.


Anar Xanlarov

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?