AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov bu gün Premyer Liqanın səkkicinzi turunda “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Bu gün “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Rəqibiniz barədə nə düşünürsünüz?
- Çempionatımızda bir neçə güclü komanda varsa, biri də “Xəzər Lənkəran”dır. Həm heyətindəki futbolçular, həm də öz oyun üslubuna görə digərlərindən fərqlənir. Biz bu gün çox güclü rəqibə qarşı mübarizə aparacağıq.
- Amma Lənkəran təmsilçisinin hazırkı durumu yaxşı deyil. Bildiyiniz kimi, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar...
- Bu, bəzi obyektiv və subyektiv səbəblərə görədir. Əgər qızlardan ibarət dünya çempionatı olmasaydı, təqvimdə hər hansı dəyişikliklər baş verməsəydi, inanmıram ki, “Xəzər Lənkəran” axırıncı pillədə qərarlaşardı. Digər tərəfdən, çempionatda bütün klubların güclənməsi, Premyer Liqanın səviyyəsinin artması da çox şeydən xəbər verir. Ancaq mən “Xəzər Lənkəran”ın potensialını yüksək görürəm.
- Lakin etiraf etmək lazımdır ki, hazırda “Xəzər Lənkəran”da psixoloji durum yaxşı deyil. Bu amil sizin üçün üstünlük hesab edilə bilərmi?
- Bir daha deyirəm, rəqibimiz güclüdür. Güclü komanda isə hər zaman çətin vəziyyətlərdən çıxış yolu tapır. Düşünürəm ki, bu problemin həllini tezliklə tapacaqlar. Fikrimcə, “Xəzər Lənkəran” AZAL-a qarşı güclü mübarizə aparacaq.
- Yəqin ki, cənubluların müdafiə və qapıdakı problemlərini xüsusi olaraq nəzərə almısınız.
- Mən hesab edirəm ki, hazırda “Xəzər Lənkəran”da əvəzolunmaz futbolçu yoxdur. Qapıçıya gəldikdə, normal adlandırmaq olar.
- Hər şeyə rəğmən bu gün növbəti üç xalı aktivinizə yazmaq şanslarınızı necə görürsünüz?
- Şanslar bərabərdir. Lakin bizim məqsədimiz qələbə qazanmaqdır. Çünki komandamı ancaq qələbəyə kökləmişəm. Qalanını isə zaman göstərəcək.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı