“Bu gün komandamın zirvədə olmasını təsadüfi saymıram. Çünki bu pilləyə qalxmaq üçün çox əziyyət çəkmişik və bu gün də çəkirik. Futbolçularım əzmlə məşq edirlər, oyunlara çıxırlar və çəkdikləri zəhmətin bəhrəsini görürlər. İştirakımızla olan oyunları izləyənlər də bunun şahidi olublar. Odur ki, bu gün “Simurq”un zirvədə olmasını qanunauyğun hesab edirəm”.
Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan Premyer Liqasının hazırkı lideri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis zirvədə qərarlaşmağın çətinliklərindən də danışıb: “Etiraf edim ki, birinci olmaq çox çətindir. İlk növbədə hamı səni ciddiyə alır, sənə qarşı ikiqat güclə mübarizə aparırlar. Bundan başqa, bir çox iddialı klublar var ki, çempionluq uğurunda mübarizə aparırlar. Odur ki, zirvədəki yerimizi əlimizdə saxlamaq üçün bundan sonra daha böyük qüvvə sərf etməliyik. Hər halda, nə gücümüz, bacarığımız var ortaya qoyacağıq ki, üst pillələrdən qopmayaq. Qarşımıza qoyulan əsas hədəf ilk “altılığ”a düşməkdi”.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı