Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın VII turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Premyer Liqanın VII turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
Premyer Liqanın VII turunun “Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2 min manat cərimələnib.
Premyer Liqasının VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba min manat cəza kəsilib.
Oyunun 23-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 15 nömrəli futbolçusu Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilib və epizod təhlükəli oyun kimi qeydə alınıb. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilbr və epizod sarı vərəqə ilə qiymətləndirilib.
Oyunun fasiləsində “Xəzər Lənkəran” klubunun məşqçisi Zaur Ramazanov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5 min manat cərimə olunub.
Matçın 78-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 nömrəli futbolçusu Elnur Allahverdiyev hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyunluq cəzalanır, klub 5 min manat cərimələnib.
Premyer Liqanın VII turunun “Sumqayıt” – “Bakı” matçının 27-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, kluba 5 min manat cərimə tətbiq edilib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı