İtaliya "İnter"i Bakıya qələbə ilə gəlir

İtaliya "İnter"i Bakıya qələbə ilə gəlir
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2012 / 01:52 2175
-  A +

Avropa Liqasında "Neftçi"nin rəqibi olan "İnter" klubu İtaliya A seriyasında növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Milan təmsilçisi doğma azarkeşləri önündə "Fiorentina" klubu ilə qarşılaşıb.

Görüş "İnter"in qələbəsi ilə başa çatıb. Fasiləyə qədər iki qol vuran Milan klubu ikinci hissədə üstünlüyünü qoruyub - 2:1. Bu qələbədən sonra "İnter" 12 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Qeyd edək ki, İtaliya nəhəngi Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də Bakıda "Neftçi"nin qonağı olacaq. 

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?