Mahmud Qurbanov: “Heyəti qurmaqda çətinlik çəkirdim”

Mahmud Qurbanov: “Heyəti qurmaqda çətinlik çəkirdim”
ÖLKƏ FUTBOLU 30 Sentyabr 2012 / 22:50 2347
-  A +

“Oyundan öncə itkilərimiz var idi. Əsas heyətdən qapıçı Radoş zədəli, Emin İmaməliyev isə cəzalı idi. Heyəti qurmağa çətinlik çəkirdim”.

Bu sözləri bu gün səfərdə “Rəvan”ı 2:1 hesabıyla məğlub edən “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gənc məşqçi komandasının oyunundan razı qaldığını da bildirib:

“Komandanın oyun boyu göstərdiyi mübarizədən razı qaldım. Klub prezidenti də komandanı qələbə münasibəti ilə təbrik etdi. Bu gün 3 xal qazanıb turnir cədvəlinin son pilləsindən qurtulduq. Artıq “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?