Bernhard Raab: “Neftçi”yə qarşı göstərdiyimiz oyunu göstərə bilmədik"

Bernhard Raab: “Neftçi”yə qarşı göstərdiyimiz oyunu göstərə bilmədik"
ÖLKƏ FUTBOLU 30 Sentyabr 2012 / 20:52 2210
-  A +

“Oyuna görə komandama təşəkkür edirəm. Bir həftəyə çempionatın ən güclü iki komandasına qalib gəldik. Komanda hər iki oyuna yaxşı köklənmişdi. Ötən gün Mübariz Orucovun oğlu rəhmətə getmişdi, bu oyunu onun xatirəsinə həsr edirik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bugün “Bakı”ya 1:0 hesabıyla qalib gələn “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Alman məşqçi qələbəyə baxmayaraq, komandasının oyunundan tam razı qalmadığını bildirib:

“Neftçi”yəqarşı göstərdiyimiz oyunu bu gün göstərə bilmədik. İlk 20 dəqiqədə bəxtimiz gətirdi ki, “Bakı” qol vura bilmədi. İlk qol epizodundan yararlanıb hesabı açdıq.İkinci hissədə “Bakı” üstünlüyü artırsa da, futbolçularım özlərini itirmədilər. Qapıçı Səlahət Ağayev də bugünkü qələbədə pay sahibi oldu. “Bakı”nın gələcək oyunlarda lazımi xallar yığacağına inanıram”.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir