“Xəzər Lənkəran” klubunun icraçı drektoru Höccət Hacıyevin Qol.Az saytına müsahibəsi
- Komandanızın ölkə çempionatında uğursuz çıxışları barədə nə düşünürsünüz? Hazırda turnir cədvəlində 11-ci pillədəsiniz.
- Elə halla istənilən komanda üzləşə bilər. Sadəcə, komanda “qara zolağa” düşüb və bundan da çıxacaq.
- “Turan”la oyundakı nəticə çempionatda ardıcıl üçüncü məğlubiyyətiniz oldu. Vəziyyətdən çıxış yolu axtarırsınızmı?
- Oyunumuz istədiyimiz kimi alınmadı. Stadionun durumu da yaxşı vəziyyətdə deyildi. Həmçinin meydanda azlıqda mübarizə aparmağımız da nəticəyə öz təsirini göstərdi.
- Komandanın futbolçuları Ruslan Abışov və Elnur Allahverdiyev qırmızı vərəqə aldı. Bu haqda nə deyə bilərsiniz?
- Ruslan Abışovun qırmızı vərəqə almasını hakimin səhvi kimi dəyərləndirirəm. Çünki hakim istəsəydi, qırmızı vərəqə verməyə də bilərdi. Lakin Elnur Allhverdiyev kimi milli komandanın futbolçusunun belə hərəkət etməsinin yeri yox idi.
- Tovuz təmsilçisinə uduzduqdan sonra baş məşqçi Yunis Hüseynov yenə istefa verib. Rəhbərlik olaraq bunu qəbul edəcəksiniz?
- İnanmıram ki, Mais Mənsimov istefanı qəbul etsin. Əksinə güclərini toparlayaraq, komandanın nədən belə çıxış etdiyini tapmalıdırlar. Məşqçilər komandanı bu vəziyyətdən çıxarmağa çalışmalıdırlar.
- Komandanızda qruplaşmanın olması mümkündürmü? Bəzən, elə oyunçular olur ki, baş məşqçini istefaya göndərmək üçün bilərəkdən oynamırlar. Siz bundan şübhələnirsiniz?
- Mən hazırkı vəziyyətdə hər şeydən şübhələnirəm. Lakin hazırda qruplaşmanın olub-olmadığını söyləyə bilmərəm. Yaxın zamanda hər bir xırda detal araşdırılacaq.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı