Bu gün Azərbaycan Premyer Liqasında VII turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Premyer Liqanın autsayderi "Turan" öz meydanında "Xəzər Lənkəran"la qarşılaşıb. Turnir cədvəlinin qonşu pillərində qərarlaşan komandaların dueli böyük maraq doğururdu. Tovuz təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Baş məşqçi Fatih Kavlakla yollarını ayıran Qəbələnin eyniadlı komandası evdə paytaxtın AZAL klubu ilə üz-üzə gəlib. Bu görüş Ramiz Məmmədovun "Qəbələ"nin baş məşqçisi kimi yeni mövsümdə ilk sınağı olub. Lakin bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Çempionatın lideri "Simurq" klubu doğma azarkeşləri önündə "Qarabağ"ı qəbul edib. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə "Simurq"la xalını eyniləşdirəcəkdi. Lakin bu oyunda da tərəflərdən heç biri fərqlənə bilməyib - 0:0.
Qeyd edək ki, VII turun qalan görüşləri sabah keçiriləcək.
29 sentyabr (şənbə)
Premyer Liqanın VII turun oyunları
18:00. “Simurq” – “Qarabağ” - 0:0
Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Məmmədov İnqilab
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xəqani Məmmədov
Zaqatala şəhər stadionu.
“Simurq”: 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç
“Qarabağ”: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli
16:00. “Turan” – “Xəzər Lənkəran” - 2:1
Qollar: Sadio Tounkara, 45 (0:1), Salif Ballo, 56 (1:1), 59 (2:1)
Qırmızı vərəqə: Ruslan Abışov, 20 ("Xəzər Lənkəran), Elnur Allahverdiyev, 77 ("Xəzər Lənkəran")
Hakimlər: Həsənov Rəhim, Musayev Vaqif, Zeynalov Zeynal, Məhərrəmov Ramiz
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Akif Məmmədov
Tovuz şəhər stadionu.
“Turan”: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 17. Fərmayıl Əliyev, 26. Aleksandr Krutskeviç, 13. Marius Kazlauskas, 24. Ruslan Zubkov, 21. Antonio Rukavina (k), 11. Qoqi Pipia, 23. İrakli Beraya, 14. Ender Günlü, 5. Fərid Quliyev
“Xəzər Lənkəran”: 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 17. Kazım Kazımlı, 99. Andre Roberto “Beto”
16:00. “Qəbələ” – AZAL - 0:0
Hakimlər: Yusifov Fariz, Hüseynov Namiq, Acalov Elşən, Məmmədov Orxan
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu.
30 sentyabr (bazar)
16:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əliyev İlham, Məmmədov Elçin
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
20:00. “Rəvan” – “Kəpəz”
Hakimlər: Cabbarov Rauf, Həsənov Coşqun, Əsgərov Azər, Əhmədov Ramil
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Bayıl Arena.
Turnir cədvəli
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu