“Yeni baş məşqçimiz Ramiz Məmmədov bizdən yalnız yaxşı nəticə tələb edir. Bildirir ki, bu güc və potensial bizdə var. O, komandanın özünə inamını qaytarmaq istəyir”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qəbələ” klubunun futbolçusu Vurğun Hüseynov Ramiz Məmmədovun yenidən bu komandanın baş məşqçi vəzifəsinə təyinatıyla bağlı danışarkən deyib.
O qeyd edib ki, bəzi klublardan fərqli olaraq, “Qəbələ” şəraitlə bağlı problem yoxdur: “Klub rəhbərliyi hər zaman komandanın yanındadır. Məşqlərimizi də tez-tez izləyirlər. Ramiz Məmmədovu isə çox yaxşı mütəxəssiz hesab edirəm. Onun mənim futbolda inkişaf etməyimdə böyük əməyi var”.
Onun sözlərinə görə, R.Məmmədovun gəlişindən sonra komandada
ruh yüksəkliyi xeyli artıb: “Premyer Liqada növbəti oyunumuzu AZAL-a qarşı keçirəcəyik. Rəqibimizin “Qarabağ”ı 6:2 hesabı ilə məğlub etməsinə baxmayaraq, onlara qalib gəlməyimiz realdır. AZAL-ı yaxşı təhlil etmişik. İnanıram ki, yaxşı nəticəyə imza atacağıq”.
V.Hüseynov AZAL-ın hücum xəttinin güclü olduğunu deyib: “Doğrudan da çox gözəl təsir bağışlayırlar. Lakin onların komanda oyununa üstünlük verdiyini də unutmaq olmaz. Əgər belə olmasaydı, turnir cədvəlinin ikinci pilləsində qərarlaşmazdılar”.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü