Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın VI turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
XXI Azərbaycan Premyer Liqasının təxirə salınmış III turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5, “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimə olunub.
XXI Azərbaycan Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib.
XXI Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt” – “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara min manat cəza kəsilib.
Oyunun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 28 nömrəli futbolçusu Emin Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2 min manat cərimə olunub.
XXI Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” – “Rəvan” matçının 72-ci dəqiqəsində “Qəbələ” klubunun 18 nömrəli futbolçusu Aleksandr Çertoqanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2 min manat cərimələnib.
Oyunun 72-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi kluba 3 min manat cəza tətbiq edilib.
Matçın 77-ci dəqiqəsində “Qəbələ” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2 min manat cərimə olunub.
XXI Azərbaycan Premyer Liqasının VI turunun “Simurq” – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 89-cu dəqiqəsində “Kəpəz” klubunun 13 nömrəli futbolçusu Emin İmaməliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cəza verilib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video