Paulo Bentu: "Bu, ədalətsiz nəticə idi"

Paulo Bentu: "Bu, ədalətsiz nəticə idi"
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2012 / 03:11 5761
-  A +

"İlk hissədə saysız-hesabsız qol vəziyyətlərimiz oldu. Lakin fasiləyə qolsuz bərabərliklə yollandıq. Düşünürəm ki, bu, ədalətsiz nəticə idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu millimizlə oyundan sonra (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "İkinci hissədə komandam təzyiqi artırdı və təşəbbüsü tamamilə ələ aldı. Daha sonra mən oyunu "oxudum" və Migel Velosonu Silvestr Varela ilə əvəzlədim ki, bu da öz bəhrəsini verdi.
 
Matçın sonlarına doğru rəqib artıq yorulmuşdu. Komandamın oyunundan razı qaldım və futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərimizə də çox sağ ol deyirəm. Sonadək bizi dəstəklədilər. 30 min tamaşaçı önündə mütləq qələbə qazanmalı idik".

Daha çox


Son xəbərlər