Eli Qutman: "Azərbaycanla oyunu unutmalıyıq"

Eli Qutman: "Azərbaycanla oyunu unutmalıyıq"
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2012 / 17:26 3446
-  A +

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Bakıda millimizlə 1:1 bərabərə qalan İsrail yığmasının baş məşqçsi Eli Qutman ölkəsinə qayıtdıqdan sonra oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Qutman Azərbaycanla oyunu tezliklə unutmaq məcburiyyətində olduqlarını bildirib:

"Təəssüf ki, Bakıda iki vacib xal itirdik. Belə olacağını gözləmirdik. Seçmə mərhələyə qələbə ilə başlamaq istəyirdik. Lakin alınmadı. Artıq tezliklə bu görüşü unutmalıyıq. Əks təqdirdə bizim üçüm çətin olacaq. Çünki qarşıda Azərbaycan millisindən də güclü Rusiya yığması ilə oyunumuz var. Ümid edirəm ki, bu oyunda istədiyimiz nəticəni qazanacağıq".

Qeyd edək ki, İsrail millisi sentyabrın 11-də öz meydanında Rusiya yığmasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner