Portuqaliya millisinin düşərgəsində şok

Portuqaliya millisinin düşərgəsində şok
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2012 / 23:45 5650
-  A +

Dünən DÇ-2014-ün seçmə qrup mərhələsinin ilk turu çərçivəsində Lüksemburqu səfərdə 2:1 hesabıyla məğlub edən Portuqaliya millisinin düşərgəsində şok olay yaşanıb.

Qol.Az-ın Portuqaliya mətbuatına istinadən verdiyi məlumata görə, oyun zamanı zədələnən Pepe matçdan sonra ayağında şiddətli ağrılar hiss edib və dərhal həkimə müraciət edib.

Həkimlərin ilkin diaqnozu isə baş məşqçi Paolo Bentonu əməlli-başlı dilxor edib. Belə ki, “Real”ın da əvəzedilməz üzvlərindən olan Pepe millimizlə sentyabrın 11-də keçiriləcək matçı buraxa bilər. Pepedən başqa Naninin də zədəsi var. Lakin onun problemi nisbətən yüngüldü.

Qeyd edək ki, artıq matçın oynanılacağı Braqa şəhərində olan Portuqaliya millisi sabahdan etibarən millimizlə oyunun hazırlıqlarına başlayır.

Daha çox


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir