Berti Foqts: "Səhvlərinə görə futbolçularımı tənqid etməyəcəm"

Berti Foqts: "Səhvlərinə görə futbolçularımı tənqid etməyəcəm"
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2012 / 23:35 4080
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts İsraillə bugünkü DÇ-2014-ün İsraillə seçmə qrup oyunundan sonra mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Foqts öncə oyunla bağlı fikirlərini bölüşüb.

- Təmirdən sonra Respublika stadionunda ilk oyun idi. Komandam haqqında xoş sözlər deyə bilərəm. Baxmayaraq ki, ilk qolu buraxdıq ancaq sonradan bərabərlik qolunu vura bildik. Oyundan öncə keçirilən mətbuat konfransında demişdim ki, səhv etməsək, bu oyunu udacağıq. Ancaq səhv etdik və 1 xal qazandıq. Ancaq mən futbolçularımı tənqid etməyəcəm. İkinci hissədə meydançaya çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər və bu, onu göstərdi ki, bizim ehtiyat qüvvəmiz var.

- Baş məqşçinin oyuna müdaxiləsindən sonra oyunda dönüş yarandı. Sizə elə gəlmir ki, start heyətini seçərkən tələskənliyə yol verdiniz?

- Mən məşq prosesində qərar qəbul edirəm. Orda görəndə kim ki, tam gücü ilə məşq etmir, onu əsas heyətə buraxmıram. Futbolçunu adına görə yox, oyununa görə oynadıram.

- Sizə elə gəlmir ki, hücumçuların arxasında Cavid İmamverdiyev kimi futbolçuya ehtiyac var?

- Millinin heyətində yer almayan futbolçu haqqında danışmaq istəmirəm. 

- Rəqibdən bu cür zəif oyun gözləyirdiniz?

- Siz rəqibi zəif gördünüz?

- Hər halda gözlənilən oyunu oynamadılar.

- Əksinə biz güclü oynadıq.

- Kamran Ağayevin səhvindən qol buraxdıq. Qapıçı problemini necə həll edəcəksiniz?

- Üzr istəyirəm ki, bu suala gülüşlə reaksiya verirəm. Hazırda Kamran ölkənin bir nömrəli qapıçısıdır. Hər birimiz insanıq, hər birimiz səhv edə bilərik. Bir səhvə görə, futbolçunu cəzalandırmazlar.

- Rauf Əliyev əvəzlənərkən buna çox sərt reaksiya verdi və ehtiyat oyunçular skamyasının şüşəsini sındırdı. Bu hərəkətinə görə onu cəza gözləyir?

- Xeyr, mən bu hərəkətinə görə, Raufu cəzalandırmayacam. Əskinə, sevinirəm ki, o əvəzlənməsinə bu cür reaksiya verdi və hirsindən vurub şüşəni sındırdı.

Daha çox


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir