“Qrupumuzda yer alan komandalar yaxşı komandalardı. Bu mənada əminliklə demək olar ki, asan rəqib olmayacaq. Odur ki, heç bir proqnoz vermək istəmirəm. Bizdən tələb olunan şey qrup mərhələsində uğurlu çıxış etməkdi. Ümumiyyətlə isə, qrup mərhələsində oynadığımız üçün çox şadam”.
Qol.az-ın məlumatına görə, bu sözləri Serbiya mətbuatın açıqlamasında Avropa Liqasının qrup mərhələsində Bakının “Neftçi” komandasının rəqibi olan Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Vermezoviç deyib.
O, qrupdakı rəqiblərini də dəyərləndirib: “İnter” haqqında nə isə demək artıq olardı. Bu klub dünya səviyyəli klubdu, heyətində ulduz futbolçular çıxış edir. Onlar qrupun aşkar favoritidir bu, məlum məsələdir. “Rubin” də Çempionlar Liqasındakı çıxışları ilə tanınıb, imkanlı, iddialı və güclü klubdur. Eyni zamanda yetərincə beynəlxalq təcrübəyə malikdilər. “Neftçi” haqqında “İnter” və “Rubin” qədər məlumatla olmasaq da, bu komandanın da yaxşı komanda olduğunu deyə bilərəm. Hətta eşitdiyimə görə, “Neftçi” varlı klubdur, maddi cəhətdən çətinlikləri yoxdur”.
Qeyd edək ki, “Neftçi” Avropa Liqasına məhz “Partizan”la oyunla start verəcək. Matç sentyabrın 20-də Belqradda keçiriləcək.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!