“İlk oyundakı nəticəni artıq yaddan çıxartmaq lazımdır. Bu oyun arxada qaldı. İndi bizi Estoniyadakı cavab matçı düşündürür və bütün fikrimizi bu oyuna yönəltmişik”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib. O, Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında Estoniyanın “Nomme Kalyu” klubunu məğlub edəcəklərinə inandıqlarını bildirib:
“Nomme Kalyu”nun gücünü heç kim şişirtməyib. Daha doğrusu, onların gücü Estoniya səviyyəsinə görə şişirdilib. Düzdür, mənim şəxsi fikrimə görə, bizim klublara düşən rəqiblər sırasında ən güclüsü “Nomme Kalyu”dur. Amma “Xəzər Lənkəran” ondan güclü komandadır. İnanıram ki, səfərdə onlara qalib gəlib növbəti mərhələyə keçəcəyik”.
Rahid ilk oyunda mərkəz müdafiəçilərinin buraxdığı səhvlərə isə bu cür münasibət bildirdi: “Mən konkret kimisə günahlandırmaq istəmirəm. Qol buraxılıbsa, burada tək müdafiəçilərin yox, hamımızın günahı var. Estoniyada hamısının əvəzini çıxmağa çalışacağıq”.
Qeyd edək ki, "Nomme Kalyu"-"Xəzər Lənkəran" qarşılaşması iyul ayının 10-u Bakı vaxtı ilə saat 20:45-də Tallinin "Kadrioru" stadionunda baş tutacaq. Matçı Norveçi təmsil edən Daq Vidar Hafsasın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı