Peşəkar Futbol Liqası (PFL) futbol matçlarında vurulan qolların avtomatik müəyyən olunması ilə bağlı FIFA-nın təklif etdiyi sistemin Azərbaycan Premyer Liqasının oyunlarında tətbiqinə lüzum görmür.
Qol.Az-ın “Trend” agentliyinə istinadən yaydığı xəbərə görə, PFL prezidenti Ramin Musayev bildirib ki, qolların avtomatik müəyyən olunması sistemi futbolu nüfuzdan sala bilər.
PFL prezidenti hesab edir ki, futbolun yazılmamış qanunları var, onlardan da biri hakim və məşqçi səhvlərinin uzun müddət müzakirə olunmasıdır ki, bu da futbolun aktuallığını artırır.
Eyni zamanda, R.Musayev həlledici vaxtda texniki vasitələrdə nasazlıq baş verməsindən narahatlığını bildirib: "Topa quraşdırılan çipdə nasazlıq baş verərsə, yüz faizlik qol vurulduqda belə rəqib komandanın oyunçuları etiraz edə bilərlər ki, cihaz müvafiq siqnalı vermədi, qol olmayıb".
Xatırladaq ki, FİFA dünən Sürixdəki qərargahında keçirilən iclasında futbol matçlarında vurulan qolların avtomatik müəyyən olunması sistemini qəbul edib. Hazırda iki sistem - GoalRef və Hawk-Eye testdən keçirilir ki, bunlardan birincisi topa çip quraşdırmaqla onun qapı xəttini keçməsinin siqnal vasitəsilə ötürülməsi, ikincisi isə qapı dirəklərinə çoxsaylı kameralar quraşdırmaqla qolun olub-olmamasını təyin etməkdir. Bu sistem 2012-ci ilin dekabrında Yaponiyada baş tutacaq futbol klubları arasında dünya çempionatında, 2013-cü ildə keçiriləcək Konfederasiya kubokunda və 2014-cü ilin dünya çempionatında tətbiq olunacaq.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı