«Komandamız bu gün pis təsir bağışlamadı. Sadəcə, ötürmələrdə sonluğa dəqiqliklə qoya bilmədik».
Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı»nın baş məşqçisi Novruz Əzimov Avropa Liqasının birinci təsnifat mərhələsində Sloveniya «Mura»sına qarşı keçirilən oyundan (0:0) sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, komandada hücumçu probleminin olması da nəticənin belə alınmasına təsir göstərib: «Bundan başqa, mən futbolçularıma tapşırıq vermişdim ki, həm birinci, həm də ikinci hissədə qapıya uzaqdan zərbələr endirsinlər. Amma onlar oyun ərzində cəmi bir dəfə bunu etdilər. Verilən tapşırığı yerinə yetirmədilər».
Rəqib barədə də fikirlərini bildirən N.Əzimov "Mura"nın daha çox müdafiəyə qapıldığını deyib: «Bizim futbolçular isə bir qədər ağır tərpənirdi. Bunun səbəbi arxayınçılıq və ya yorğunçuluq deyil. Hələlik səbəbini izah edə bilmirəm».
N.Əzimov şansları haqda danışarkən deyir: «Bundan sonra şanslar 50-50-yədir. Bizim üçün çətin olacaq, amma hadisələri qabaqlayaraq deyə bilərəm ki, «Bakı» mərhələni mütləq adlayacaq».
Nurlan Novruzovu nə səbəbə oyuna daxil etməməsiylə bağlı suala cavab olaraq N.Əzimov bildirib: «Nurlanın Avropa təcrübəsi yoxdur. Düzdür, Parks və Verpakovskis yaxşı formada deyillər. Amma onların təcrübəsi olduğu üçün meydana buraxdım».
N.Əzimov rəqibin bu gün peşəkar yox, həvəskar komanda kimi davrandığını da söyləyib: "Gördünüz ki, onlar hətta «Bakı»nın təqdim etdiyi forma ilə meydana çıxdılar. Rəqibin məşqçisi dedi ki, guya onlar peşəkar komanda deyil, futbolçularının yarısından çoxunun klubla peşəkar müqaviləsi yoxdur. Amma mən onun fikirləriylə razı deyiləm.
Əgər futbolçunun klubla müqaviləsi yoxdursa, həmin futbolçu UEFA yarışında edə bilməz. Avroliqada oynayan hər bir oyunçunun klubla müqaviləsi olmalıdır. Müqavilənin bir surəti isə UEFA-ya verilir. Onlar özlərini kasıb kimi göstərib ikinci hissədə bizim formayla meydana çıxmaqla guya kasıb komanda olduqlarını göstərmək istədilər. Əslində isə onlar kasıb deyillər. Fikrimcə, rəqib komanda bunu qabartmaqla hiyləgərlik edir".
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı