Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev sabah növbəti Unibank Premyer Liqanın teleyayımı ilə əlaqədar keçiriləcək tenderlə bağlı fikirlərini bildirib.
Qol.Az saytının müxbiri ilə söhbətində o qeyd edib ki, bugünə qədər «Xəzər TV»dən başqa heç bir telekanal onlara yayım hüqununu almaqla bağlı müraciət etməyib: «Xəzər TV»dən başqa heç kim bu məsələylə maraqlanmayıb. Hesab edirəm ki, bu gün Azərbaycanın hər bir telekanalının yayım hüqüqunu almaq üçün vəsaiti var. Respublikamızda idmana bu qədər qayğı göstərilir. Telekanallar bunları nəzərə almalıdırlar. Yox, əgər onlar bunun marağında deyillərsə, bu, başqa məsələ».
Qeyd edək ki, bu günlərdə R.Musayev çempionatın yayım hüqununu 400-500 min manata satmaq istədiklərini deyib.
«Bəs, tenderdə telekanallar bu məbləğlə razılaşmasa, necə olacaq». Müxbirimizin bu sualını R.Musayev belə cavablandırıb: «Bu məsələdə çox şey qarşı tərəfin də fikrindən asılıdır».
PFL prezidenti qiymət məsələsində güzəşt edəcəklərini istisna etməyib.
R.Musayev bildirib ki, əgər kanallardan heç biri PFL-in şərtləri ilə razılaşmasa, onlar əvvəlcədən bəyan etdikləri kimi, heç bir televiziyaya oyunu canlı yayımlamağa imkan verməyəcəklər: «Telekanallar bu işi öhdəsinə götürməsə, o zaman yayım hüqüqu bizdə qalacaq. Bizim razılığımız olmadan heç bir televiziya heç bir oyundan canlı yayım verə bilməz. Vəssalam! Kanallar oyunları yayımlamasa, oyunlar Peşəkar Futbol Liqasının rəsmi saytında yayımlanacaq».
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu