Xəbər verdiyimiz kimi, Bakıda keçirilən «Crans Montana» Forumunun 23-cü sessiyasında iştirak edən bir qrup tədbir iştirakçısı "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun dəvəti ilə klubun bazasını ziyarət edib. Hafiz Məmmədov Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin və iş adamlarının də yer aldığı qonaqlara Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin idmana xüsusi diqqət və qayğısını xatırladaraq, dövlət başçısının imzaladığı "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı barədə" dövlət proqramının iş adamları üçün böyük stimul olduğunu bildirib. O, sessiya iştirakçılarını klubun infrastrukturu və təlim-məşq bazası ilə tanış edərək, onları "Bakı"nın gələcək planlar barədə məlumatlandırıb. Xorvatiyalı qonaqlar gördüklərindən xeyli məmnun qaldıqlarını, bu sürət və artımla Azərbaycanın tezlikılə böyük futbol ölkələri sırasına yüksələcəyinə əmin olduqlarını bildiriblər. "Bakı"nın təlim-məşq bazasını çox bəyənən balkanlı müsafirlər komandaya qarşıdan gələn Avropa Liqası yarışlarında uğurlar arzulayıblar.
Mötəbər avropalı nümayəndə heyətinin «Bakı»ya baş çəkməsi qeyri-adi görünə bilər. Onu xatırlamaq lazımdı ki, Hafiz Məmmədovun böyük oğlu Kənan Məmmədov Xorvatiyanın Respublikamızdakı fəxri konsuludu. Bir ildən artıqdı bu vəzifəni yerinə yetirən gənc diplomat iki ölkənin münasibətlərinin yaxınlaşmasında az iş görməyib. Xorvatiya - Azərbaycan ilişkiləri əsasən turizm və biznes strukturlarında müşahidə olunur ki, Kənan Məmmədovun bunda fəallığı diqqət çəkir.
Təbii ki, bütun bunlar dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsində baş verib.
Respublika rəhbəri Balkan təmsilçisi ilə əlaqələrin genişləndirilməsinin təşəbbüskarıdı və onun sayəsində Xorvatiya ilə Azərbaycan yeni-yeni əməkdaşlıq layihələri reallığa çevirməyə başlayıb. Altı ay sonra vizi rejiminə keçəcək xorvatlar bu sahədə ölkəmizin vətəndaşlarına güzəştə getməyə qərarlıdı. Hər halda Stepan Mesiçlə birgə Bakıya səfər edən siyasi partiya təmsilçiləri və dövlət adamları ilə görüşlərdə tərəfdaşlığın digər sahələri gündəmə gətirilib.
Xorvatiya höküməti Kənan Məmmədovun fəaliyyətini xüsusi qiymətləndirmək qərarına gəlib. Belə ki, rəsmi Zaqreb onu ölkəsində «ilin konsulu» adına layiq görməyə hazırlaşır. Mesiç Bakıda keçirdiyi son görüşdə bu barədə məsələ qaldıracağını bildirib və Azərbaycan tərəfinin son addımlarını təqdirəlayiq hesab edib. Respublikamız Cənubi Qafqaz regionunda Xorvatiyanın ən yaxın və etibarlı partnyoruna çevrilib ki, bunda da cənab İlham Əliyevin Stepan Mesiçlə illər öncəsinə gedib çıxan dostluğu əhəmiyyətli rol oynayır.
Klubda keçirilən görüş barədə «Sport Favorit» qəzetinə danışan Hafiz Məmmədov bildirdi ki, Mesiç Azərbaycandan gözəl təəssüratla ayrılıb: «Hörmətli prezidentimiz İlham Əliyevin necə böyük alicənab insani keyfiyyətlər daşımasına dünya şahiddi. Mesiç artıq ölkə başçısı olmasa da, onu Azərbaycana dəvət etdi, ziyafət verdi. Qonağın özü də belə qarşılanmasına yaxşı mənada çox təəccüblənmişdi və bizim prezidentə heyran qalmışdı. Oğlum Kənan gəncdi, buna baxmayaraq, enerjili və məsuliyyətlidi. Hər gün öz işinin üzərində möhkəm dayanır, iki ölkənin diplomatik münasibətlərində əlaqələrin artmasına var gücünü səy göstərir. Cənab prezidentimiz həmişə gəncliyə dəstək verib, onların inkişafına yol açıb. Kənan da bu siyasətin köməyi ilə fəxri konsul missiyasını layiqincə yerinə yetirməyə çalışır. Hörmətli rəhbərimizin məqsədi və məramı budu ki, Azərbaycanın beynəlxalq aləmlə münasibətləri inkişaf etsin. Biz də buna uyğun olaraq, öz üzərimizə düşən öhdəsindən maksimum gəlməliyik ki, dövlətimizin imici yüksəlsin. Respublikamızın başçısı Mesiçə elə bir yüksək dəyər verdi ki, heç şübhəsiz, bunun özü böyük insanlıq nümunəsidi. Bizim prezident dostu qiymətləndirməyi hamıdan yaxşı bacarır. Mesiçlə klubumuzdakı görüşdə də bu haqda geniş söhbət oldu, o, bildirdi ki, cənab İlham Əliyevin liderlik bacarığı ən yaxşı sözlərə layiqdi. Qonağı «Bakı»nın infrastrukturu və şəraiti ilə yaxından tanış etdik, bütün bunları dövlətimizin başçısının köməyi ilə ərsəyə gətirdiyimizi söylədik. Şərait onda müsbət fikir yaratdı, dedi ki, «Bakı»nın bazası Avropanın əksər aparıcı klubları ilə eyni səviyyədədi. O, özüylə idman, turizm və biznes xadimlərini gətirmişdi. İdman sahəsində fəaliyyət göstərən tikinti şirkətlərinin təmsilçiləri ilə bizləri tanış elədi. Xorvat şirkətlərinin bu baxımdan böyük təcrübəsi var, Avropanın bir sıra məşhur stadion və bazalarını onlar inşa ediblər. Bilirsiz ki, «Bakı» yeni idman mərkəzləri yaradır, tikintilərimiz var. Təklif verdim ki, bu mərkəzlərin inşasında sizinlə əməkdaşlığa hazırıq. Bununla bağlı müəyyən yeniliklər etməyə çalışacağıq. Stepan Mesiçə məlumat verdim ki, «Bakı»da xorvatiyalı futbolçular legioner həyatı yaşayır. O da buna çox sevindi. Xorvatiya idman ölkəsidi, dünyanın ən güclü futbol komandalarından biri onlarındı. Avropa çempionatından söz düşdü, sabiq prezident təəssüflə qeyd etdi ki, milliləri İspaniya ilə həlledici oyunda haqsız qərara uğradı və yarışdan kənarda qaldı. Səmimi və istiqanlı insandı. Bizi yaxınlarda Zaqrebə dəvət etdi. İndi fikrim var ki, «Mura» ilə oyuna görə Sloveniyaya gedəndə, ordan da Xorvatiyaya yollanım. Hər halda «Bakı»nın simasında bu ölkə ilə Azərbaycan turizm və idman sahəsində yeni əlaqələr yaranıb, bunu mütləq inkişaf etdirəcəyik. Şərait münasib olsa, «Mura» ilə oyunu böyük məmuniyyətlə onunla birgə izləyərdik. Sloveniya klubu ilə qarşılaşmalarda komandamızdan mütləq qələbə gözləyirəm. Səviyyəli futbolçularımız çoxdu, heyət son vaxtlar bir qədər də gücləndirib. Məncə, «Bakı» bu il Avropada öz sözünü deyəcək və qarşısına qoyulan vəzifəyə çatacaq».
"Santos"un Neymar qərarı
Ronaldo yeni klub alır
Qvardiola yenə narazıdır
Renat oynadı, komandası heç-heçə etdi
"20 ili bir klubda keçirmək asan deyil"
Yevlaxda 4 qol vuruldu - Video
Enrike Ançelottiyə Braziliya millisində uğur arzulamır
"Mingəçevir"in qələbəsindən - Video
"Real" gənc müdafiəçi ilə anlaşdı
"İmişli" və "Karvan"dan heç-heçə, "Mingəçevir" qalib gəldi
Millimizin ilkin heyəti açıqlandı
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın kapitanı karyerasını başa vurur
UFC-nin məşhur ulduzları Bakıya gəlir
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Messi yenidən millidə
Yamal: "Xavinin sayəsində çempion olduq"
Ançelotti 1-ci, Flik 2-ci
4-cü dəfə mövsümün ən yaxşısı seçildi
Messini qabaqlayıb "Barselona"nın tarixinə düşdü
"Sabah"ın U-10 komandası Kazanda finala yüksəldi