Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Zestafoni" matçı Gürcüstan mətbuatının gündəmində qalmaqda davam edir.
Qol.Az-ın məlumatına görə, Bakının "İnter" klubunun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzenin uzun müddət Azərbaycanda işləməsi qonşu ölkə mətbuatının diqqətindən kənarda qalmayıb.
Gürcü həmkarlarımız K.Sxadadzenin "Neftçi" - "Zestafoni" oyunu ilə bağlı fikirlərini öyrənməyə müvəffəq olublar. "İnter"in çalışdırıcısı isə bu dueldə hər iki komandanın şanslarını bərabər dəyərləndirib:
"Təbii ki, "Neftçi" çox güclü komandadır. Mən bu komandanın gücünə bələdəm. Düşünürəm ki, "Zestafoni" ilə oyun çox maraqlı alınacaq. Hansı komandanın qalib gələcəyini söyləmək çətindir. Mən şansları bərabər dəyərləndirirəm. Daha az səhv edən komanda növbəti mərhələyə adlayacaq. Ümumilikdə isə hər iki komandanın növbəti mərhələyə vəsiqə qazanmaq şansı var".
Qeyd edək ki, "Neftçi" - "Zestafoni" matçı iyulun 17-də Bakıda, cavab qarşılaşması isə iyulun 24-də Gürcüstanda keçiriləcək.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu