“Bakı”nın baş meneceri Zeynal Məmmədov Qol.Az-a müsahibəsində Avropa Liqasındakı rəqibləri olan “Mura 05”i (Sloveniya) dəyərləndirib.
- Dünən 4:0 hesabıyla məğlub etdiyiniz rəqibin bu gün Avropa Liqasında sizə rəqib olacağı yəqin ki, ağlınızdan keçməzdi...
- Düzü, hardasa gözlənilməz oldu. Amma bilirdik ki, potensial rəqiblərimizdən biri də “Mura 05”dir. Biz onların daha öncə “Maribor”la oyunlarına da baxmışdıq. Deyim ki, yoxlama görüşlərində daha çox əvəzedici komandalarının futbolçularını sınaqdan çıxardırlar. Bununla belə, hədəfimiz mərhələni keçməkdir. Əgər qarşımıza qrup mərhələsinə düşmək vəzifəsi qoymuşuqsa, nəyin bahasına olursa olsun, rəqibi məğlub etməliyik.
- Demək olar, “Bakı”nın püşkdə bəxti gətirdi?
- Bəli, mən də elə düşünürəm ki, Sloveniya klubu bizim üçün münasib rəqibdir.
- İlk oyunu Bakıda keçirəcəksiniz. Hazırlığınızın bundan sonrakı mərhələsini necə quracaqsınız?
- Bilirsiniz ki, tək biz yox, “Neftçi” və “İnter”də ilk oyunlarını Bakıda keçirəcəklər. Odur ki, istəyirik danışıq aparaq və ilk oyunu səfərdə keçirək. Onsuz da hazırda Sloveniyadayıq. Bir də Bakıya qayıdıb ilk oyunu oynamaq, təzədən yenidən Sloveniyaya gəlmək yol yorğunluğu olacaq. Yaxşı olardı ki, ilk oyunu elə burada oynayaq.
- Əgər razılıq əldə olunmasa, bu, sizin planlarınızı pozmayacaq ki?
- Mən sadəcə, yol yorğunluğunu nəzərdə tutub bu fikri dedim. Yoxsa, bizim üçün heç bir fərqi yoxdur ev, ya səfər. İstənilən halda hədəfimiz dəyişmir.
- Yəqin ki, ilk oyuna qədər yeni transferlər də olacaq...
- Artıq 3 transfer həyata keçirmişik və yenə də heyətimizi gücləndirəcəyik. Onsuz da hər mərhələni keçdikcə, siyahıya yeni futbolçunun adınl əlavə edə bilərik.
- “Bakı”nın prezidenti Hafiz Məmmədov da həmişə deyir ki, Zeynal Məmmədovun əli düşərlidir və həmişə o, gedəndə rahat rəqiblər düşür. Bu dəfə də belə oldu. Həqiqətən əliniz düşərlidir yoxsa, bütün bunlar sadəcə, bir təsadüfdür?
- (Gülür) Orasını özünüz fikirləşin də. İnanırsınız, püşkdən əvvəl hamıya demişdim ki, arxayın olun, heç bir narahatlıq keçirməyin, hər şey yaxşı olacaq. Ancaq deyim ki, bu dəfə bütün komandalarımıza asan rəqiblər düşdü və İnşallah hamısı da mərhələ keçər. Düzdür, baxsanız görərsiniz ki, reytinqə görə, ən çətin rəqib bizə düşüb. Ancaq bunun məsələyə heç bir dəxli yoxdur. Az öncə dediyimiz kimi, məqəsədimiz mərhələni keçməkdir və bunun da öhdəsindən gələcəyimizə inanıram.
Anar XANLAROV
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq