"Xəzər Lənkəran" Cüneyt Biçərlə yollarını ayırdı

"Xəzər Lənkəran" Cüneyt Biçərlə yollarını ayırdı
ÖLKƏ FUTBOLU 23 İyun 2012 / 17:50 2915
-  A +

Bu gün “Xəzər Lənkəran” klubunun rəhbərliyi və komandanın aşağı yaş qruplar üzrə koordinatoru Cüneyt Biçer arasında görüş keçirilib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə tərəflərin qarşılıqlı razılığı əsasında klubun türkiyəli məşqçi ilə yollarını ayırması qərara alınıb.
 
“Xəzər Lənkəran” klubu Cüneyt Biçerə komandanın aşağı yaş qrupları üzrə koordinatoru, eləcə də baş məşqçi postunda olduğu müddətdə gördüyü bütün işlərə görə təşəkkürünü bildirib və mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb.

 

Daha çox


Son xəbərlər