Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
“Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskis Avro-2012 ilə bağlı Qol.Az-a müsahibə verib
- Rusiyanın qrupda qalması sənin üçün gözlənilməz olmadı?
- Açığı, bu, mənim üçün sürpriz oldu. Rusiyanın qrupda qalmasına çox təəssüfləndim. Özüm də onlara azarkeşlik edirdim. Ancaq son turda gözlənilmədən yunanlara uduzaraq, mübarizəni dayandırdılar.
- Bəs, Yunanıstanın Rusiyanı məğlub edərək qrupdan çıxması sənin üçün sürpriz olmadı?
- Yox, sürpriz deməzdim. Çünki Yunanıstan da yaxşı komandadır. Ümumiyyətlə, Avropa çempionatında zəif komanda olmur. Sadəcə, yunanlar ruslarla oyunda çox ağıllı taktika seçdilər, oyunu müdafiədən qurub əks-hücumlara bel bağladılar. Bu isə özünü doğrultdu.
- Bu gün C qrupunda son turun oyunlarına start verilir. İtaliya-İrlandiya və İspaniya-Xorvatiya oyunları ilə bağlı proqnozun nədir?
- İspaniya təbii ki, qrupun favoritidir. İtaliya-İrlandiya oyununda isə italyanları favorit görürəm. Amma, deyim ki, Xorvatiya da pis komanda deyil və düşünürəm ki, onlar da qrupdan çıxa bilər.
- Az öncə İspaniyanı qrupun favoriti hesab etdiyini dedin. Deməli, İspaniya-Xorvatiya matçında da favoritin İspaniyadır?
- Bəli, düşünürəm ki, ispanlar qələbəyə daha yaxındır. Lakin Xorvatiyanın da qrupdan çıxmaq şansı var.
- Ancaq İtaliyanın da İrlandiya önün də favorit olduğunu vurğuladın. İtaliya ilə İspaniya bu gün qələbə qazanacağı halda, Xorvatiya qrupdan çıxa bilməyəcək axı...
- Ancaq İtaliya da hələ İrlandiyanı məğlub etməyib.
- Deməli, irlandlardan da sürpriz gözləməyinə dəyər?
- Mümkündür. Çünki son tur olduğundan onlar da qapını möhkəm çırpmaq istəyəcək. Bundan başqa, mən ispanların xorvatları məğlub edəcəyini mütləq olaraq demədim. Prinsipcə, Xorvatiya İspaniyanı qrupda saxlaya bilər.
- Ümumiyyətlə, turnirdəki favoritin kimdir?
- İspaniya.
- Necə düşünürsən, hansı futbolçu bu çempionatın ulduzu olacaq?
- Kriştiano Ronaldonun adını çəkə bilərəm. Şevçenkonu da qeyd etmək olar. O cümlədən Qomez və Torresi də unutmaq olmaz.
- Ancaq Şevanın turnirin oyunçusu olması üçün Ukraynanın qrupdan çıxması lazımdır...
- Ola bilsin Ukrayna bunu bacardı. Son turda onlar ingilislərlə oynayacaqlar. İngiltərə də pis komanda deyil. Üstəlik, mən bildiyimə görə, Şevçenkonun zədəsi var və o, bu oyunu buraxa bilər. Əgər bu baş versə, Ukrayna üçün çox böyük itki olacaq.
- İngiltərə-Ukrayna matçında favoritin kimdir?
- Bu oyunun favoriti İngiltərədir.
- Sənin də şərəfini qoruduğun Litva millisini nə vaxtsa Avropa və dünya çempionatlarının final mərhələsində görə biləcəyik? Nəzərə alaq ki, bir neçə il bundan qabaq seçmə mərhələyə çox yaxşı start götürdünüz, ilk 3 tura 9 xal topladınız, səfərdə Rumıniya kimi komandanı 3:0 hesabıyla məğlub etdiniz. Ancaq sonradan bu uğurun davamı gəlmədi...
- Şans elə şeydir ki, həmişə var. Ancaq reallığa uyğun danışmaq lazımdır. Bu gün Litva milisinin bu cür mötəbər turnirlərə vəsiqə qazanması üçün çox şey dəyişməlidir. Litvada bir dənə də olsun normal stadion yoxdur. Milli komandanın ev oyunlarını keçirdiyi arenan pis vəziyyətdədir. Bu cür şəraitdə Avropa çempionatına vəsiqə qazanmaq mümkün deyil. Dəyişikliklər olarsa və iş düzgün qurularsa, siz deyənlər də reallaşa bilər. Necə ki, Latviya millisi Avro-2000-ə vəsiqə qazanmışdı.
Anar XANLAROV
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər