Kamilo Duran Şotlandiya çempionatında ikinci oyuna çıxdı

Kamilo Duran Şotlandiya çempionatında ikinci oyuna çıxdı
DÜNYA FUTBOLU 10 Avqust 2026 / 09:09 1135
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında ikinci oyununa çıxıb.

QOL.az xəbər verir ki, Qlazqo təmsilçisi 2-ci turda səfərdə “Kilmarnok”la qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb.

Kolumbiyalı vinger görüşə start heyətində başlayıb. O, 64-cü dəqiqədə Sebastian Tunekti ilə əvəzlənib.

“Seltik”in qollarını Kasper Höq (3), Benjamin Nüqren və Luk MakKouen vurublar

Bu qələbədən sonra “Seltik” 2 oyundan 6 xalla turnir cədvəlinə başçılıq edir.

Xatırladaq ki, Kamilo Duran ilk turda “Dandi” ilə matçda da (1:0) əsas heyətdə meydana çıxmış və 78-ci dəqiqədə əvəzlənmişdi.


Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

topaz banner