"Bu oyun bizim üçün asan olmadı. Çünki bu görüşdə bizə də qələbə lazım idi. Qrupda son oyunumuzu da qalib başa vurmaq istəyirdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv Danimarka ilə oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis eyni zamanda 1/4 finalda qarşılaşacaqları Yunanıstanla görüşə də toxunub: "İlk hissədə 3-4 qol imkanından yararlana bilmədik. Halbuki, oyunun taleyini fasiləyə qədər həll edə bilərdik. Üstəlik müdafiədə müəyyən boşluqlar buraxdıq ki, nəticədə Danimarka hesabı bərabərləşdirdi. Onlar hətta uzun müddət bizimlə bərabər səviyyəli oyun nümayiş etdirirdilər.
Ancaq ikinci hissədə təşəbbüsü ələ aldıq və qələbə topunu vurmağa müvəffəq olduq. Danimarka millisində bir xüsusiyyət var idi ki, onlar hücuma keçərkən tələsmirdilər. Lakin istənilən an qol vurmaq bacarığına malikdirlər. Bununla belə, komandam rəqibin bu oyun üslubunu yaxşı "oxudu". 1/4 finaldakı rəqibimizə gəldikdə isə qrup mərhələsində heç kəs onları ciddiyə almırdı. Elə Rusiya millisi də. Lakin yunanlar Rusiya ilə görüşdə inanılmazı bacardı. Deməli, Yunanıstan Rusiyadan daha güclü idi".
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər