İsveç millisinin ən yaşlı qolçusu dəyişdi

İsveç millisinin ən yaşlı qolçusu dəyişdi
AVRO-2012 16 İyun 2012 / 14:08 2579
-  A +

İsveç millisinin müdafiəçisi Olof Melberq adını tarixə yazdırıb.

Qol.Az-ın məlumatına görə, İngiltərə ilə oyunda komandasının ikinci qoluna imza atan təcrübəli müdafiəçi Avropa çempionatları tarixində İsveç millisinin heyətində fərqlənən ən yaşlı futbolçu olub. 

34 yaş 286-cı günündə İngiltərənin qapısına yol tapan Melberq bununla da, sabiq hücumçu Henrik Larsonu geridə qoyub. Larson daha öncə Avropa çempionatında 32 yaş 276-cı günündə fərqlənmişdi.

Qeyd edək ki, İsveç - İngiltərə matçı 3:2 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?