İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç "Avro-2012"nin əsas favoritlərindən hesab olunan Almaniya millisinin düşərgəsini ziyarət edib.
Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, ziyarətinin səbəbi kimi isə rusiyalı iş adamının Bundestimin aparıcı futbolçusu Bastian Şvayştaygerlə yaxından maraqlanması göstərilir.
Almaniya millisinin baş məşqçisi Yoahim Löv də xəbəri təsdiqləyib: "Abramoviç düşərgəyə gəldi və Şvaynştaygerlə qısa görüşü oldu. Bastian da onu Çempionlar Liqasının qalibi olduqları üçün təbrik etdi. İkisi də gülümsəyirdilər. Daha sonra isə Abramoviç sağollaşaraq düşərgədən ayrıldı".
Əsas səbəbkar Şvaynştayger isə məsələ ilə bağlı bunları bildirib: "Abramoviçi ilk gördüyümdə "onun burada nə işi var?" deyə söylədim. Daha sonra mənimlə qısa görüşü oldu. Ancaq mənə heç bir təklif etmədi. Mən də onu Çempionlar Liqasının qalibi olduqları üçün təbrik etdim və qısaca söhbətləşdik. Hamısı bu qədər".
Qeyd edək ki, "Çelsi"nin "Avro-2012"dən sonra Şvaynştaygerlə transfer danışıqlarına başlayacağı bildirilir.
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər