- Hara gedirsən, ay gəmi ?
- Uzaqlara, uzaqlara...
- Məktub yazsam verərsənmi,
Uşaqlara, uşaqlara ? (Ramiz Rövşən )
Bizim nəsildə Firuzə adında bir yaşlı qadın vardı. Firuzə nənə (ürəyiniz istəyir xala, bibi – deyin) uzaq qohumumuz idi və ən maraqlısı o idi ki, bu nənə bir insan nə qədər qocala bilərsə, o qədər qocalmışdı. Əgər o bir az da yaşasaydı və bir az da qocala bilsəydi, çox güman ki, bizim hamımız üçün qocalıq öz anlamını dəyişib, başqa anlam kəsb etməyə başlayacaqdı.
Məqsədim uzaq qohumumuzla bağlı lirik-sentimental xatirə danışmaq deyil. Nəsildə Firuzə nənəyə istinad edilən, mənbə kimi də onun yaxın bir rəfiqəsinin göstərildiyi bir çox əhvalatlar var. Bu əhvalatlarda gerçəklik payı nə qədərdir, bilmirəm. Zatən bunun o qədər önəmi də yoxdur, mənim üçün bu əhvalatların yaşadığımız həyatla, cəmiyyətlə, lap elə öz fərdi dünyamla qurmağa çalışdığım bağları maraqlıdır. Bakıda havaların qız kimi isti olduğu bu günlərdə, futbol üzrə Avropa çempionatına baxa-baxa beynimdə proqnozlar verir və gah o komandaya, gah da bu komandaya qələbə yazıb, xəyalən milyonçu olmaqla vaxt öldürürdüm. Çoxdandı bir çempionatın oyunlarına bu qədər ardıcıllıqla baxmırdım. Oyuna tamaşaçı marağını öldürməkdə usta olan bizim şərhçilərin səsini də unutmuşdum. Bu standart yay günlərindən birində öyrəndim ki (sirri verim də: Aydın Bağırovdan eşitdim, Aydını tanıyarsız yəqin), Avropa çempionatında bizim idman mətbuatından cəmisi bir nəfər var.
Dünyanın ən mötəbər futbol turnirlərindən biri keçirilir və biz öv vətənimizdə mühacir oluruq, öz vətənimizdə “qürbət həsrəti” çəkirik – dünyaya həsrət qalırıq. Aydının mənə verdiyi bu məlumatın tilovu içimdəki dəryaya düşən kimi, o tilova Firuzə nənə ilə bağlı bir xatirə keçdi. Toy-box-un təzə-təzə dəbə minən vaxtlarında Firuzə nənənin 5 yaşlı oğlan nəvəsi kürlük eləyirmiş və hər gün atasından toy-box istəyirmiş. Azərbaycan atası üçün oğlan uşağının əhəmiyyətli statusu kişini məcbur edirmiş ki, oğluna hər gün ən azı 3-4 dənə toy-box alsın. Qocala-qocala az qala dünyayla yaşıd olan Firuzə nənə isə divandakı yerinə pərçimlənib, Braziliya seriallardan birini seyr edə-edə gah oğlundan, gəlinindən serialdakı ölkə haqqında əcaib-qəraib suallar soruşar, serialın gedişinə müdaxilə etməyə çalışar, gah da nəvəsinin toy-box-dan çıxan oyuncağına baxıb nəyisə xatırlayar, öz danışdığı əhvalata “şərh”lər verməyə başlayarmış. İki gündən bir isə oğlundan xahiş edərmiş ki: “A bala, o Gülnarın toy kasetini qoy bir baxaq”. Oğlu da çar-naçar, bəlkə də mininci dəfə baxdıqları kaseti qoyarmış baxsınlar. Firuzə nənə hər dəfə toya baxanda başlayarmış bir-bir ordakı – yəni ekrandakı oğlanları, qızları, kişiləri, qadınları analiz etməyə. Sözarası isə deyərmiş ki, serialımın vaxtına az qalıb, sonra yenə nəvəsinin toy-box-undan çıxan oyuncağa baxıb, oğlundan baxıb soruşarmış: “Bunu da Braziliya da çıxardırlar ?” Oğlu yalandan “hə” – deyərmiş. Firuzə arvad bir az fikrə gedib təzədən soruşarmış : “Braziliya çox uzaqdı ?”
Onu məyus edən cavabı alandan sonra fikrini yenidən toy kasetinə cəmləyən Firuzə xanım qəfildən öskürə-öskürə gülməyə başlayıb - “Rafiqin oğlu əla oynayır” – deyərmiş və bir kibrit çöpünün yanması qədər çəkən gülüşü bitən kimi yenə bir xatirə danışarmış.
***
Mənim içimdə qəribə suallar yaranır : oturduğu kresloya özünü qaynaq eləmiş futboldan min ağac uzaq futbol rəsmiləri ilə, dünyanın ən məşhur çempionatlarını şərh eləmək üçün bizim televiziyaların studiyasına sürgün edilən jurnalistlər ilə öz divanına pərçimlənmiş, toy kasetini “şərh” eləyən, arabir də əlaqəsiz bir xatirə danışan Firuzə xala arasındakı bu dəhşətli oxşarlıq kimin günahıdır ?
Nə vaxta qədər bizim jurnalistlər böyük dünya həqiqətlərinə, sözün bütün mənalarında, uzaq olacaqlar, uzaq buraxılacaqlar ?
Bəlkə jurnalistlərə fantadan-koladan paylayaq ki, bəlkə qapaqların altından Avropa çempionatına bilet udduq ?!
***
Deyirlər ki, Firuzə nənənin nəvəsinə toy-box-dan bir dəfə oyuncaq futbolçu çıxıbmış. Nənə oyuncağa bir az baxıb oğlundan soruşubmuş: Bala, o Braziliyada da top qovanlar var?
QİSMƏT
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi