Ukrayna milli komandasının baç məşqçisi Oleq Bloxin Fransaya qarşı keçiriləcək “Avro-2012”nin ikinci turunun oyunu ərəfəsində mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, o, ümid etdiyini bildirib ki, növbəti oyunda futbolçular ələ düşən qol imkanlarından maksimum yararlana biləcəklər.
- İsveçlə oyundan sonra komandada eyforiya qalır?
- Eyforiya haradan yarana bilər ki? Bir oyun udmuşuq. Əgər növbəti iki görüşdə uduzsaq, bütün zəhmətimiz hədər gedəcək.
- Turnirin rəsmi topu haqda fikirləriniz necədir?
- Mən axı, bu topla oynamıram. Bu sualı futbolçulara və qapıçılara vermək lazımdır.
- Komandanız son sutkanı necə keçirib?
- Oyundan sonra bazaya gəldik. Ertəsi gün bərpa proseduru keçdik, bundan sonra futbolçuları evlərinə buraxdım. Dünən səhər 10-da hamısı qayıtdı. Tibbi müayinə göstərdi ki, hər şey yerindədir.
- Polşada futboldan kənar olaylara münasibətiniz necədir?
- Mənim buna nə aidiyyatım var? Bir də heç bilmirəm ki, orada nə baş verir. Müvaqif orqanlar var, onlar bu işlə məşğul olsunlar.
- Donetskdəki iki oyunda milli komanda harada qalacaq?
- Elə Donetskin özündə.
- Şevçenko sizi təəccübləndirdimi?
- Mənim özümü də məşqçi kimi “silmişdilər”. Ona görə də təəccüblü bir şey yoxdur. Şevçenkonu niyə hesabdan silmişdilər, anlamıram. Onun imkanlarından bundan sonra necə istifadə edəcəyimizə sonra baxacağıq.
- Ukrayna millisi ilk oyunla müqayisədə ikinci matçda daha yaxşı nə etməlidir?
- Qol imkanlarından maksimum yararlanmalıdır. Biz üc-dörd real qol imkanlarını əldən verməməliyik.
- Sizcə, üç müdafiəçi ilə oynamaq yaxşıdır, yoxsa dörd?
- Mən taktikayla bağlı diplom işi müdafiə etmirəm. Ona görə də bu mövzüdə müzakirəyə hazır deyiləm.
- Hansı fransalı futbolçudan ehtiyat edirsiniz?
- Heç birindən. Hər şey onlardan yox, bizim necə oynamağımızdan asılı olacaq.
- 1988-ci ildə Avropa çempionatının finalçısı olan SSRİ millisinin heyətində on ukraynalı vardı. Siz həmin uğuru təkrarlamağa hazırsınız?
- Niyə də yox?
- İngiltərə - Fransa oyunu haqda fikirləriniz necədir?
- Hər iki komanda meydanda gəzirdi, ingilislər isə səkkiz nəfərlə müdafiə olunurdu. Bəlkə də bunda havanın isti olması da rol oynadı. Axşam saat 7-də Donetskdə oynamaq çox ağırdır.
- Siz o fikirlə razısızmı ki, İsveçlə matçda Ukrayna millisi tarixinin ən yaxşı oyununu nümayiş etdirdi?
- Qoy, jurnalistlər fikirlərini desinlər. Bilirəm ki, biz çox səhvə yol verdik. Elə şeylər var ki, onu düzəltmək olar. Amma başqa şeyləri yox. Milyonlarla insana sevinc bəxş etdik, bu, yaxşıdır. Amma ümümilikdə mən heç vaxt nədənsə razı qalmıram. Ona görə də oyundan sonra futbolçularla ciddi söhbət edəndə onlar bir qədər təəccübləndilər. Onlar qələbədən sonra havadan enməyiblər. Uçmaq isə hələ tezdir.
- Deyilənə görə, Şevçenko avtomobil qəzasına düşüb.
- O, həyat yoldaşı Kristini aeroportda yola salmağa gedirdi. Mən də icazə verdim. Maşınlar yüngül toqquşub, heç kim xəsarət almayıb.
- Yumoristik bir sual: matçda iştirak edən Ukrayna prezidentinin ayağının düşərli olduğunu söyləmək olar?
- Bu, heç də yumor deyil. Siz təsadüfən "Kamedi-klab”dan deyilsiniz? Mən bu suala cavab verməyəcəyəm. Onu deyə bilrəm ki, oyundan 15 dəqiqə sonra prezident zəng edib paltardəyişmə otağında bütün futbolçuları təbrik etdi.
- Fransızllar Donetskdə aktiv adaptasiya olurlar. Hətta maykanın içinə buz da qoyurlar.
- Məgər, onlar sizə qarşı da oynayacaqlar? Biz onda gərək vedrələrlə buz götürək. “Meksika-86”da bizə heç nə kömək etmədi. Çünki istiyə qarşı adaptasiya olmaq mümkün deyil.
- Siz demisiniz ki, İsveçlə oyunun son on dəqiqəsində komandanın gücü qalmamışdı...
- Mən belə söz deməmişəm. Demişəm ki, komanda verilən tapşırığa əməl etmədi, oyun intizamını pozdu və irəli gedərək üçüncü qolu vurmaq istədi. İsçevə heç nədə uduzmadıq. Bu mənada, fiziki durumumuz yaxşıdır.
- Fransızlarla oyun üçün heyəti müəyyənləşdirmisiniz?
- Mən bunu sizə deməyəcəyəm. Çünki hələ özüm də bilmirəm.
- Donetskdə Ukrayna millisi indiyədək bir oyun belə uda bilməyib.
- Biz bu ənənəni pozmağa çalışacağıq. Azarkeşlərimizə çox inanırıq.
- Fransızların baş məşqçisi Loran Blan Ukraynanı autsayder adlandırıb.
- Həlı baxaq görək, fransızlar və ingilislər İsveçə qarşı necə oynayacaq.
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər