Roy Hodson: "Hesab məni qane etdi"

Roy Hodson: "Hesab məni qane etdi"
AVRO-2012 12 İyun 2012 / 00:09 2504
-  A +

"Turnirin güclü komandalarından birinə qarşı pis oynamadıq. Hesab məni qane etdi. Çünki Fransa millisi bizdən daha üstün oyun sərgilədi".

Qol.Az-ın məlumatına görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Roy Hodson Fransa ilə oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

İngilis mütəxəssis komandasının müdafiədə yaxşı oynadığını bildirib: "İkinci hissədə Fransa millisi təzyiqi artırdı. Ancaq biz də panikə qapılmadıq və müdafiədə yaxşı oynadıq. Bir neçə qol imkanlarımız olsa da, bundan yararlana bilmədik".

 


Dünya Çempionatı 2026
Son xəbərlər
18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner