Futbol üzrə Rusiya milli komandasının Çexiya yığması ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçında bir sıra diqqətçəkən məqam yaşanıb.
Alan Zaqoyev qitə çempionatları tarixində dubl edən ikinci rusiyalı futbolçu olub.
Əvvəllər Valentin İvanov bir oyunda iki qol vura bilib. Bu, 1960-cı ildə Çexoslovakiya ilə matça (3:0) təsadüf edib. Lakin İvanov həmin vaxt SSRİ yığmasının heyətində fərqlənib.
Zaqoyev həm də Avropa çempionatları tarixində ən gənc dubl müəllifi olan ikinci futbolçudur. Hazırda 21 yaşı olan rusiyalı futbolçu 2004-cü il qitə birinciliyində 18 yaşında ikən 2 qol vurmuş İngiltərə yığmasının üzvü Ueyn Runidən geri qalır.
Digər tərəfdən, sonuncu qolun müəllifi Roman Pavlyuçenko Avropa çempionatları tarixində Rusiya yığmasının ən məhsuldar futbolçusuna çevrilib. İndi Pavlyuçenkonun hesabında 4 qol var. Bunlardan 3-ünü o, Avro-2008-də vurub.
Əvəzində Aleksandr Kerjakov Avropa çempionatları tarixində özünəməxsus antirekorda imza atıb. Statistikaya əsasən, Kerjakov bir oyunda topu 7 dəfə qapının yanından vuran ilk futbolçudur.
Qeyd edək ki, Rusiya yığması Çexiyanı 4:1 hesabı ilə məğlub edib. Şimal qonşularımızın heyətində dubl edən Alan Zaqoyevlə Roman Pavlyuçenkodan başqa Roman Şirokov da fərqlənib.
Xəbər: Lent.az
PSJ-yə qayıtdı
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər
"Çempionata hazır deyilik, narahatam"
Elvin Cəfərquliyevin durumu bəlli oldu
Mareska özü seçim edəcək
Salto ilə aut atdı, qələbə qolunu vurdular - Video
"Yeni evinə xoş gəlmisən" - Video
2 dəqiqəyə dubl etdi, "Mançester Siti" qalib gəldi
Yeni klubu “Turan Tovuz” oldu
"Arsenal" "Tottenhem"in kapitanına göz dikdi
Neymar Messi ilə komanda yoldaşı ola bilər
"Atletiko"dan "River Pleyt"ə - Rəsmi
Maldininin oğlu icarəyə göndərildi
"Real" "Ferentsvaroş"la qüvvəsini sınadı - Video
Azərbaycan millisindən iki qələbə
1-ci liqa klubu 4 legioner transfer etdi
PSJ yapon qapıçı transfer edir
Okan Buruk bu hərəkətinə görə qırmızı vərəqə aldı - Video
"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi
"Roma" Pelleqrini ilə müqaviləni uzatdı
“Qarabağ” bizi bir qədər bağışladı” - Millinin sabiq üzvü
Serxi Roberto MLS klubunda
"Barselona" "Nottingem Forest"ə qalib gəldi
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər