Bu gün "Avro-2012"nin ilk turu çərçivəsində Portuqaliya ilə qarşılaşacaq Almaniya millisinin baş məşqçisi Yoahim Löv Lvovda jurnalistlərin suallarını cavablandırıb:
- Oyun öncəsi komandada əhval-ruhiyyə necədir?
- İlk öncə onu deyim ki, komandada zədəli futbolçu yoxdur. Son bir həftədə bütün futbolçular tam gücü ilə məşq edirlər. Cüzi zədələr var idi, amma hazırda elə futbolçu yoxdur ki, oyunu buraxmamaq ehtimalı olsun. O ki, qaldı heyətə, bunun üzərində bütün həftə boyu düşünmüşəm, futbolçuların hazırlığını diqqətlə müşahidə etmişəm. Ancaq son qərarı vermək üçün hələ qarşımda daha bir gecəm var. Sabah səhər artıq qəti qərarımı verəcəm.
- Oyun öncəsi heç əsəbi deyilsiniz?
- Əlbəttə ki, müəyyən əsəbilik var. Həm futbolçularda, həm də məndə. Ancaq bu cür şeylər bütün böyük turnirlərdə olur. Ancaq müşahidə edirsinizsə, bizim futbolçular məşqlərdən və oyunlardan zövq alırlar, nizam-intizamlı və ambissiyalıdır. Onlar istəyirlər ki, qrup oyunları tezliklə start götürsün.
- Almaniyanın qarşısına qoyulan əsas məqsəd nədir, Kriştiano Ronaldonu dayandırmaq?
- Düşünürəm ki, Portuqaliya ilk növbədə istənilən komandanı məğlub etmək, ən yüksək yerlər uğurunda oynamaq bacarığına malik bir komandadır. Əlbəttə, Ronaldo Portuqaliyanın aparıcı futbolçusudur. Hansı ki, istənilən oyunun taleyini təkbaşına həll edə bilər. Ancaq onun komanda yoldaşları olan Pepe, Nani və digər futbolçuları da unutmaq olmaz. Onlar texnikalı, cəld və dünyada ən yaxşıdır.
- Almaniya "Avro-2012"nin ən gənc komandasıdır. Bu sizin üçün müsbət amildir, yoxsa mənfi?
- Səhv etmirəmsə, heyətdə yer alan 9 futbolçumuz debütantdı. Digərlərinə gəlincə, Özil, Noyer, Müller kimi futbolçular üçün bu, ikinci böyük turnirdi. Hardasa 3-4 futbolçumuz var ki, bu cür turnirlər üçün təcrübəli sayıla bilər. Seçmə mərhələni məğlubiyyətsiz keçdik. Ancaq final mərhələsi tamam fərqlidir. Komandada gənc futbolçuların çoxluğunun üstün tərəfləri də var. Onlar cəld, istəkli və intensiv olurlar.
- Per Mertezaker və Miroslav Kloze kimi veteranların komandadakı rolu nədən ibarət olacaq?
- Onların zədədən sonra formalarını necə yığmalarını müşahidə etdim. Təsəvvürümdə yanılmadım və hər iki futbolçu öz üzərlərində peşəkar kimi işləyib, formalarını bərpa etdilər. Ancaq çempionatın gedişində bunu necə ortaya qoyacaqlar, onu deyə bilmərəm.
- Məsut Özilin Joze Mourinyo ilə əməkdaşlığı haqqında fikirləriniz necədir?
- “Real”da oynadığı dövrdə Özil yalnız inkişaf elədi və artırdı. Bundan başqa, özünə inam yarandı. Madrid klubunda ona tələbat çox böyükdür, o da bunun qarşılığını vermək üçün əlindən gələni edir.
- Daha da yüksək səviyyədə oynamaq üçün ona nə lazımdır?
- Daim öz üzərində işləməlidir. Ən güclü futbolçu Messidir amma, o da öz üzərində işləyir. Futbolçu üçün vacib olan stabil oynamaq və bunu əlində saxlamaqdır. Özil öz texnikası və güclü zərbələri ilə rəqib qapıçılarını daim gərginlikdə saxlamalıdır.
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi
Favre məşqçilik karyerasını başa vurdu
PSJ-nin rəqibi müəyyənləşdi
Afrika Millətlər Kuboku başladı
"Bavariya"nın qol şousu - Video
Harri Keyn Bundesliqada yeni rekord müəyyənləşdirib
"Qalatasaray"dan böyükhesablı qələbə
"Barselona"dan səfər qələbəsi - Video
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev