Şevçenko "Avro-2012"dən sonra Amerikaya gedir

Şevçenko "Avro-2012"dən sonra Amerikaya gedir
AVRO-2012 8 İyun 2012 / 12:55 2637
-  A +

Ukrayna futbolunun canlı əfsanəsi, "Dinamo" (Kiyev) klubunun hücumçusu Andrey Şevçenko karyerasını Amerika liqasında davam etdirə bilər.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə açıqlama verən futbolçunun meneceri Fabio Parizi Şevçenkonun ABŞ-dan təklif aldığını bildirib:

"Şevçenko Amerika klublarından təklif alıb. Lakin futbolçu gələcək karyerası haqda qərarını "Avro-2012"dən sonra verəcək. Hələlik Şevçenko "Dinamo" klubu və qarşıdan gələn Avropa çempionatı haqda düşünür. Avro-2012-dən sonra isə Şevçenko ona gələn təklifləri dəyərləndirəcək. Onun Amerika liqasında gedəcəyi istisna deyil".

Qeyd edək ki, 35 yaşlı futbolçu daha öncə verdiyi açıqlamasında "Avro-2012"dən sonra milli karyerasını başa vuracağını bildirib.














Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

topaz banner