"Avro-2012": UEFA hakim təyinatlarını açıqladı

"Avro-2012": UEFA hakim təyinatlarını açıqladı
AVRO-2012 7 İyun 2012 / 22:37 2437
-  A +

UEFA "Avro-2012"nin ilk turu üçün hakim təyinatlarını açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iyunun 8-də keçiriləcək çempionatın açılış oyunu - Polşa - Yunanıstan matçını ispaniyalı Karlos Velasko Karballo idarə edəcək. A qrupunun digər görüşü olan Rusiya - Cexiya qarşılaşması isə ingiltərəli Hovard Uebbə havələ olunub.

İyunun 9-da baş tutacaq B qrupunun Hollandiya - Danimarka görüşündə sloveniyalı Damir Skomina, Almaniya - Portuqaliya oyununda isə fransalı Stefan Lannoy fit çalacaq.


Son xəbərlər